İranın hərbi təlimində qan töküldü – 14 ağır yaralı

176

İran ordusunun Azərbaycanla sərhəddə öz qüvvələrinə atəş açması nəticəsində 14 hərbçi yaralanıb.

Bu gün İranın Azərbaycan Cumhuriyyəti ilə sərhəddə keçirdiyi “Xeybərin fatehləri” adlı hərbi təlimləri naməlum səbəblərdən dayandırması barədə xəbərlər yayılıb.

Haqlı.az xəbər verir ki, bu gün təlimlərin baş tutduğu ərazilərdə heç bir atəş səsi eşidilməyib.

Səhər saatlarından bəri isə İranın bölgəyə gətirdiyi hərbi texnikalar yollarda geri qayıdarkən müşahidə edilib.

Bu dəqiqələrdə bölgədən yayılan məlumatlara görə, İran ordusunun bölmələri dünən “səhvən” öz qüvvələrinə atəş açıb, nəticədə 6 nəfər ağır, 8 nəfər isə qismən yüngül yaralanıb.

Bildirilir ki, 4 hərbçi helikopterin “səhvən” onları bombalaması nəticəsində yaralanıb və onların əl və ayaqları kəsilib.

Hələ ki, İran rəsmi orqanları yayılan iddialara, habelə təlimlərin hansı səbəbdən yarımçıq dayandırılmasına aydınlıq gətirməyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin