ABŞ Prezidenti Bayden 3 Türk qadını yüksək vəzifəyə TƏYİN ETDİ-FOTO+DOSYE

23

ABŞ-ın yeni Prezidenti Co Baydenin komandasında 3 Türk qadın yer alacaq.Bunlar Maliyyə nazirliyində katibliyin müdiri Dedim Nişançı, Müdafiə nazirliyində baş hüquq müşaviri Özge Guzelsu və Xarici işlə nazirliyində konqreslə əlaqələr üzrə müşavir Naz Durakoğludur.

KAİM.az xəbər verir ki, Co Baydeninin Prezident kürsüsünə əyləşməklə komandasında yer alacaq insanlar müəyyənləşməyə başlayıb.

Bayden ilk dəfə ABŞ tarixində  Maliyyə nazirini qadın təyin edib. Bu  Janet Yellendir. Onun xüsusi katibliyinin  müdiri isə Türk əsilli Didem Nişançı olacaq.

Nazirin xüsusi katibin rəisi nazirliyin ofisinin fəaliyyətlərini əlaqələndirməklə yanaşı, bütün nazirlik işçilərinin nəzarətçisi hesab olunur. Bu isə o deməkdir ki, Türk xanım nazirin ən yaxın adamlaırndan biri olacaq.
Didem Nişancı əvvəllər ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) xüsusi katibi olub. Daha sonra  isə Bloombergdə çalışıb.

ABŞ Senatının  Hərbi komitəsində işləyib, daha sonra Kaliforniyada vəkillik fəaliyyəti göstərən Özge Guzelsu Müdafiə nazirliyində  Baş hüquq üşaviri vəzifəsinə təyin olunub. Gözelsu Stanford və Harvard universitetlərinin məzunudur.

Naz Durakoğlu isə AB, Xarici işlər naziriliyində  yüksək vəzifəyə təyin olunan ilk Türkdür. Naz Durakoğlu konqreslə əlaqələrdən məsuliyyətli şəxs olacaq.

Durakoğlu 2017-ci ildən etibarədn Senator Jeanne Shaheenin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi vəzifəsində çalışıb. Bu dövrdə Senatın Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı Xarici Əlaqələr Alt Komitəsində demokratik məsələlərə və digər  işlərə rəhbərlik edib. Karyerasına ABŞ Nümayəndələr Palatasından başlayan Durakoğlu 2015-2017-ci illərdə Obama Administrasiyasında Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Victoria Nuland-ın baş məsləhətçisi vəzifəsindən başlayıb. Ondan öncə isə ABŞ Senatının bank komitəsində,1998-2001-ci illərdə isə Maliyyə nazirliyində  işləyib.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin