GƏNCLƏRİN BƏLASI: Hisslərimizin sevgi, yoxsa həvəs olduğunu necə ayırd edək? – QURANDA SEVGİ

0
19

Quranda imandan qaynaqlanan və ruhda dərin təsir meydana gətirən sevgiyə diqqət çəkilir. Bu sevgiyə sahib olmaq əmək tələb edir. Fədakarlıq, səbir, cəsarət və diqqət Quranda xəbər verilən sevgi anlayışının tərkibinə daxildir. Rəbbimiz Quranda pisliyə və pis sözə qarşı ən gözəl şəkildə cavab verməyi və insanlara yaxşı davranmağı da sevginin əsası kimi bildirir.

Kimdən soruşursunuz soruşun, insanların əksəriyyəti sevgini və sevməyi çox yaxşı bildiklərini və sevdikləri bir çox insan olduğunu söyləcəklər. Halbuki dünyada sevgini və sevməyi bacaran insanların sayı çox azdır. İnsanların sevgi zənn etdikləri isə həvəs hissidir. Zaman keçdikcə bu duyğunun sevgi olmadığı açıq şəkildə ortaya çıxır. Əsl sevgi Allah sevgisindən qaynaqlanan və Onun razılığı üçün yaşanan, bir çox sınaqdan keçdiyi halda, heç vaxt zədələnməyən, zamana, çətinliklərə, çatışmazlıqlara, yanlışlara səbir edə bilən və daim artan duyğuya verilən addır.

Möminlərin insanlara qarşı ürəklərində hiss etdikləri sevginin əsl qaynağı Allaha duyduqları sevgidir. Bir insana duyulan qəlbdəki coşğunu Allahın yaratdığını və hər şeydə Allahın təcəlli etdiyini bilmək insana sevgidəki dərinliyi verən əsl səbəbdir. Səmimi sevgidə insan hər an sevdiyi insanlara bu duyğularını daha əvvəl heç istifadə etmədiyi, bir-birindən təsiredici, bir-birindən gözəl sözlərlə ifadə edə bilər. Hər biri əvvəlkindən fərqli olar. Çünki insan bu coşğunu ürəyində hər an yaşayır. (imanimovzular.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin