DİQQƏT! Zinakar qadın və ya kişi ilə YALNIZ BU HALDA EVLƏNMƏK OLAR

0
8

Qurani-Kərimdə Allah-Taala belə buyurur: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər.

Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir” (Nur, 3). “Xəbis qadınlar xəbis kişilərə, xəbis kişilər isə xəbis qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər” (Nur, 26).

Ayədən aydın görünür ki, əxlaqlı şəxslərin əxlaqsız və zinakar adamlarla ailə qurması qadağandır. Ayələrdən başqa, məsumların hədisləri, sağlam məntiq və əxlaq normaları da bunu sübut edir. Bu hökm zina ilə məşğul olan və zinakar kimi tanınan şəxslərə aiddir.

Əgər kimsə keçmişdə bu çirkin işlə məşğul olmuşsa, sonra səmimi qəlbdən tövbə etmişsə və daha bu günaha bulaşmırsa, onunla ailə qurmaq günah deyil. Dinimiz hər kəsə tövbə imkanı verir. Həqiqi tövbə etmiş və daha xalq içində günah əhli kimi tanınmayan adamlar hamı kimi normal münasibətə layiqdirlər.

Əlbəttə, burada insanların dünyagörüşü, ailənin münasibəti, ictimai rəy də nəzərə alına bilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin