Ramazan ayının 11-ci gününün imsak, iftar və namaz vaxtları

21

Sabah Ramazan ayının on birinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 24-də imsak vaxtı saat 04:12-də, iftar vaxtı isə 19:43-dədir.

Aprelin 24-ü üçün namaz vaxtları:

Sübh azanı 04:22
Zöhr azanı 12:39
Əsr azanı 17:28
Məğrib azanı 19:43
İşa azanı 20:50

On birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!”

Tərcüməsi: “Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin