9 C
Baku
Cümə, Yanvar 21, 2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edib. Haqlı.az xəbər verir ki, bu barədə Ərdoğan G-20-nin fövqəladə zirvə görüşündə çıxışı zamanı danışıb. O, yeni işçi qrupunun G-20-nin himayəsi altında olmasını bildirib. “Beynəlxalq aləm Əfqanıstandan üz döndərməməli, əfqan xalqını taleyin hökmünə buraxmamalıdır”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub. Haqlı.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.
Avropa İttifaqı tərəflərin razılığı olarsa, Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış etməyə hazırdır. Haqlı.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bildirib. “Azərbaycan və Ermənistan razılıq verərsə, Aİ danışıqlar prosesində vasitəçi olmağa hazırdır. Aİ həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində də vasitəçi kimi çıxış etməyi arzulayır”, – deyə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsi çərçivəsində amerikalı həmkarı Co Baydenlə keçiriləcək görüşdə müzakirə mövzuları bəlli olub. Haqlı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın danışıb. “İkitərəfli siyasi və iqtisadi münasibətlər, enerji, təhlükəsizlik, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq,...
Ötən ilin sentyabrına qədər ermənipərəst qüvvələr hər addımda “güclü Ermənistan ordusu”, “keçilməz Ohanyan səddi”, “müasir hərbi texnikaya malik yenilməz ermənilər” və sair bu kimi cəfəng iddialarla özlərini və region ölkələrini aldatmağa çalışırdılar. Lakin 44 günlük Vətən müharibəsi göstərdi ki, bütün bu iddialar “sabun köpüyü”ndən başqa bir şey deyil. Özü...
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 12-də Moskvaya işgüzar səfər edəcək. Hökumət başçısı burada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Haqlı.az xəbər verir ki, tərəflər 2020-ci il 10 (9) noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası prosesini, bölgədə sabitliyin gücləndirilməsi məsələlərini, iqtisadi əlaqələrin bərpası üçün gələcək addımları və...

Rusiya ABŞ-a nota verdi

Rusiya Xarici İşlər Nazirliyi üç amerikalı diplomatla bağlı ABŞ-ın Moskvadakı Səfirliyinə nota göndərib. Haqlı.az xəbər verir ki, bir rus vətəndaşın şəxsi əşyalarını oğurladığı iddia edilən üç diplomatın toxunulmazlığının ləğvi tələb edilib. Bildirilib ki, ABŞ Səfirliyinə göndərilən notada amerikalı diplomatların toxunulmazlığı ləğv olunmaqla, məhkəmə qarşısında cavab vermələrinin önünün açılması istənilib. ABŞ Səfirliyinin Rusiyanın...
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmələrinin birinci ildönümündə Suqovuşan, Talış və Cəbrayıla səfərlər etdi. Yenidənqurma işləri ilə tanış oldu. Bir sıra müəssisələrin açılış mərasimlərinə qatıldı. Ölkə rəhbəri işğaldan azad edilmiş ərazilərdə bəzi region dövlətlərinə bir sıra ismarışlar da göndərdi. Eləcə də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Azərbaycan və...
İranın xarici işlər nazirinin (XİN) müavini Əli Bağeri Keninin başçılığı ilə nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gedib. Haqlı.az xəbər verir ki, İran rəsmilərini Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş qəbul edib. Görüş çərçivəsində siyasi, ticari və mədəni əlaqələrin inkişafı ilə yanaşı, Əfqanıstanda sabitlik, bölgə ölkələri arasında əməkdaşlıq...
Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında iştirakı çətin olacaq. Haqlı.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi “Altılıq platforması” (“3+3” – Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) haqda danışarkən deyib. Onun sözlərinə görə, Gürcüstan hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməlidir: “Bu böyük geosiyasi layihələrdə və...