9 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda Qarabağdakı ermənilərin “status” mövzusu müzakirə olunmayacaq. Bəs ermənilər bunun əvəzində yeni hansı tələb irəli sürə bilərlər? “Hazırda Ermənistanın siyasi, ideoloji, diplomatik, maddi-maliyyə, intelektual, insan baxımından resursları yoxdur ki, Azərbaycandan Qarabağ mövzusunda nəsə tələb etsin” deyən rusiyalı politoloq Oleq Kuznetsov Ermənistanın son ilki fəaliyyətini də...
Siyasi səbəblərdən əvvəl qeyri-leqal gizli ticari maraqlara vurulan zərbə də İranın gərginliyini artıran amillər sırasındadır. İran Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə bu əraziləri narkotik və silah trafiki üçün münbit platformaya çevirmişdi. Bununla bağlı kompleks maddi dəlillər olmasa da, məntiq və mülahizələr belə deməyə əsas verir. Ancaq Azərbaycan dövləti işğal zamanı...
“Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib”. Haqlı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub. Haqlı.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.
Oktyabrın 8-i Anakarada Türkiyə və İran Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Haqlı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər. Məlumata əsasən, siyasi məsləhətləşmələrdə iki ölkənin nümayəndə heyətlərinə XİN rəhbərlərinin müavinləri Sedat Onal və Ali Baqeri Keni rəhbərlik edəcəklər. Məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri, regional və...
“Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik”. Haqlı.az xəbər verir ki, bu sözləri...
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 12-də Moskvaya işgüzar səfər edəcək. Hökumət başçısı burada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Haqlı.az xəbər verir ki, tərəflər 2020-ci il 10 (9) noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası prosesini, bölgədə sabitliyin gücləndirilməsi məsələlərini, iqtisadi əlaqələrin bərpası üçün gələcək addımları və...

Rusiya ABŞ-a nota verdi

Rusiya Xarici İşlər Nazirliyi üç amerikalı diplomatla bağlı ABŞ-ın Moskvadakı Səfirliyinə nota göndərib. Haqlı.az xəbər verir ki, bir rus vətəndaşın şəxsi əşyalarını oğurladığı iddia edilən üç diplomatın toxunulmazlığının ləğvi tələb edilib. Bildirilib ki, ABŞ Səfirliyinə göndərilən notada amerikalı diplomatların toxunulmazlığı ləğv olunmaqla, məhkəmə qarşısında cavab vermələrinin önünün açılması istənilib. ABŞ Səfirliyinin Rusiyanın...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsi çərçivəsində amerikalı həmkarı Co Baydenlə keçiriləcək görüşdə müzakirə mövzuları bəlli olub. Haqlı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın danışıb. “İkitərəfli siyasi və iqtisadi münasibətlər, enerji, təhlükəsizlik, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq,...
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi İsrail hərbçilərinin Qarabağda olması haqqında iddiaları “böyük axmaqlıq” və fantaziya adlandırıb. Haqlı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfir məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “Mən hesab edirəm ki, bu böyük axmaqlıqdır. Dağlıq Qarabağdan danışırıqsa, orada həm rus, həm də türk hərbçilər var. Düşünürəm ki,...