22 C
Baku
Şənbə, Oktyabr 1, 2022
Bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görülüb. Hazırda 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub. Haqlı.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib. Kollegiyada cari ildə cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün...
Azərbaycanda toyda polis əməkdaşı məhkəmə katibini döyüb. Haqlı.az-ın xəbərinə görə, hadisə iyunun 4-də Kürdəmir rayonundakı şadlıq saraylarının birində keçirilən toy mərasimində qeydə alınıb. Belə ki, toyda qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Vüsal Kərimov arasında...
Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İdarənin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə...
Bərdədə şənlikdə havaya 2 dəfə atəş açan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilən şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən...
Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə paytaxt üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ildə Bakıda narkotikə görə ümumilikdə 2 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Paytaxtın inzibati rayonları üzrə bölgüsünə əsasən, Sabunçuda 432, Binəqədidə...
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əmək­daşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Haqlı.az xəbər verir ki, bu barədə...
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların...
Neftçala rayonu, Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Neftçala rayon prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2196 manat məbləğində pul vəsaitini öz...
Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. Haqlı.az xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti...
Moskvanın “Baku House” restoranında dava düşüb, nəticədə Ermənistan vətəndaşları bıçaqlanıb. Haqlı.az-ın “Moskovski Komsomolets”ə istinadən məlumatına görə, hadisə bazar günü gecə Rusakovskaya küçəsində baş verib. Səhər saat 03:30 radələrində “Baku House” restoranının yaxınlığında vətəndaşlar arasında münaqişə başlayıb və nəticədə bıçaqlı davaya çevrilib. Nəticədə ikisi 30 yaşlı əkiz qardaş olan üç Ermənistan vətəndaşı ağır yaralanıb....