11 C
Baku
Bazar, Dekabr 5, 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib. Haqlı.az xəbər verir ki, nazir Murat Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana...
Xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb. Haqlı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Serbiya Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin...
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişatı ilə tanış olub. Haqlı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Sonra HDQ-nin...
Cəlilabad rayonu, Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmışdır. Haqlı.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb. Məlumata görə, araşdırmalarla bələdiyyənin sabiq sədri Aygün Məlikovanın öz qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin yanvar-dekabr ayları ərzində bələdiyyə mülkiyyətinə aid...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib. Haqlı.az xəbər verir ki, C.Bayramov “Twitter” səhifəsində yazıb ki, insanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır. “Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik”, - deyə o əlavə edib. Qeyd edək...
“Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan...
Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planına və Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib. Haqlı.az xəbər verir ki, təlimin döyüş atışlı mərhələsindən...
İrəvanda “işgüzar” səfərdə olan son 30 ildə Azərbaycan Respublikasının bir hissəsində qondarılmış separatçı-terrorçu erməni rejiminin başçısı, Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi Araik Arutyunyan qondarma qurumun Ermənistan paytaxtındakı nümayəndəliyində I və II Qarabağ döyüşlərində iştirak etmiş işğalçı dəstə komandirlərini qəbul edib. Haqlı.az xəbər verir ki, bu haqda erməni Xankəndi və...
Amerika Erməniləri Milli Komitəsi absurd formada ABŞ Dövlət Departamentini ABŞ-Ermənistan regional və ikitərəfli siyasətindəki sistemli uğursuzluqlarını araşdırmağa çağırıb. Haqlı.az xəbər verir ki, bu barədə Ermənistanın “Aysor” nəşri məlumat yayıb. Təşkilatın sədri Raffi Qambaryan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezə, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Qreq Meeksə və Nümayəndələr...
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın erməni hərbçisini azad etməsini təqdir ediblər. Haqlı.az xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir. Belə ki, Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev) son günlər Azərbaycan və Ermənistan arasında razılaşmalara dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, həmsədrlər 7 və 8 oktyabr...