9 C
Baku
Cümə, Yanvar 21, 2022
Norveçin Baş naziri Erna Sulberq kral V Haralda istefa ilə bağlı müraciət edib. Haqlı.az xəbər verir ki, məlumatı Norveç hökumətinin saytı yayıb. Bildirilib ki, sentyabrda keçirilən parlament seçkilərində İşçi Partiyasının qalib gəlməsi ilə əlaqədar Erna Sulberq istefa verib. Son siyasi kampaniyada hakim Mühafizəkarlar Partiyası 20,5 faiz, İşçi Partiyası isə 26,4 faiz...
Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Stepanavan rayonu Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisini qanunsuz olaraq satıb. Haqlı.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Bildirilir ki, şübhəli, 2008-ci ilin mart ayında, vəzifə mövqeyindən istifadə edərək hərbi hissənin 6 hektardan çox ərazisini 58 milyon drama (təxminən 126 min dollar)...
Almaniya Əfqanıstana humanitar yardım üçün 600 milyon avro ayıracaq. Haqlı.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel G20 liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlaması zamanı məlumat verib. O bildirib ki, Əfqanıstanda iqtisadi çöküşün qarşısını almaq lazımdır. Kansler qeyd edib ki, Əfqanıstanda təhlükə altındakı müxtəlif ölkələrdən olan insanların təxliyəsi üçün hava...
Türkiyənin Antalya şəhərinin Kəmər rayonunda meşə yanğını başlayıb. Haqlı.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Küləkli hava səbəbindən hələ ki alovun qarşısını almaq mümkün deyil. Hazırda meşə yanğınının nəzarətə alınması üçün operativ qruplar işlərini davam etdirir.
İran və Səudiyyə Ərəbistanı arasında konsulluq fəaliyyətlərinin qarşılıqlı bərpası barədə razılıq əldə olunub. Haqlı.az xəbər verir ki, yaxın həftələrdə ölkələr arasındakı münasibətlərin normallaşdırılması da mümkündür. Qeyd edək ki, indiyədək bu istiqamətdə Tehran və Ər-Riyad arasında beş mərhələdən ibarət danışıqlar baş tutub. Xatırladaq ki, iki dövlət arasındakı münasibətlər 2015-ci ilin mart ayında Səudiyyə...
Çinin iqtisadi qüdrətinin artması və onun Rusiya ilə daha sıx əməkdaşlıq etməsi NATO üçün təhdiddir. Haqlı.az xəbər verir ki, bunu təşkilatın Baş katibi Yens Stolenberq Lissabonda keçirilən NATO Parlament Assambleyasının iclasındakı çıxışı zamanı bəyan edib. O, Şərq nəhənginin mühüm qlobal infrastrukturları ələ keçirməyə cəhd göstərdiyini, bu azmış kimi, kibermühitdə də üstünlüyünü...
Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 400 ev tamamilə dağılıb. Haqlı.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib. Onun sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara...
Səudiyyə Ərəbistanının Cəzan aeroportuna pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində azı 10 nəfər xəsarət alıb. Haqlı.az xəbər verir ki, bu barədə Ərəb Koalisiyasının mətbuat katibi, general Turki Əl-Maliki məlumat verib. Onun sözlərinə görə, hücum Yəməndəki Husi qiyamçıları tərəfindən həyata keçirilib. “Düşmənin PUA-nın köməyi ilə (Cizan hava limanına) hücum cəhdi nəticəsində turistlər...
"NATO-nun Rusiyanın 8 rus diplomatını ölkədən çıxarmaq qərarına qarşı milli maraqlara uyğun olaraq cavab tədbirləri görüləcək". Haqlı.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. "Hazırda əməkdaşlıqdan danışa bilmərik, heç bir əməkdaşlıq yoxdur. NATO-dakı həmsöhbətlərimiz dialoq imkanlarını məhv edir. Əlbəttə ki, maraqlarımıza ən uyğun şəkildə cavab tədbirləri görəcək və...
Çeçenistanın başçısı Ramzan Kadırovun qızı Aişat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib. Haqlı.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi instaqram hesabında yazıb: “İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - o qeyd edib. Qeyd edək ki, 1998-ci ildə...