9 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022
Ukrayna, Böyük Britaniya, Kanada və İsveç nümayəndələri bəyan ediblər ki, İran danışıqlardan yayınır və iki il əvvəl Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” sərnişin təyyarəsinin vurulmasına görə təzminat ödəməkdən imtina edir. Bu barədə adı çəkilən ölkələrin nümayəndələrinin daxil olduğu beynəlxalq qrupun Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş birgə bəyanatında...
KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq. Bunu təşkilatın baş katibi Stanislav Zas bildirib. O qeyd edib ki, lazım gələrsə, hərbi kontingentin sayı artırıla bilər. “Kollektiv sülhməramlı qüvvələrin ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərara əsasən, təxminən 2500 nəfərdir. Sülhməramlıların sayı mövcud vəziyyətdən asılı olacaq. Bizdə...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli texnologiyalar və yeni investisiyalar kollektiv açılış-təqdimat mərasimində mühüm açıqlamalar verib. O, ölkənin müdafiə sənayesindən əldə edilən uğurlardan danışıb. Dövlət başçısı bildirib ki, Türkiyədə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin sayı 56-dan 500-ə yüksəlib. 20 il əvvəl cəmi 62 olan müdafiə layihələrinin sayı bu il 750-i...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib. Haqlı.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb. “Yanvarın 6-da qəbul edilmiş qərara uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normal məcraya yönəlmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstan Respublikasına göndərilib”, - məlumatda qeyd olunur. Hərbi qurumun tərkibinə...
Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb. Haqlı.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik. Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada...
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana hərbçi göndərib. Haqlı.az xəbər verir ki, söhbət Qazaxıstan Respublikasında kütləvi etirazlar fonunda strateji əhəmiyyətli obyektlərin mühafizəsini təmin etmək üçün Ermənistanın tapıb kontingentin tərkibində göndərə bildiyi 70-ə yaxın hərbçidən gedir. Xatırladaq ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən ölkə prezidenti...
“ABŞ Rusiya ilə yanvarda təhlükəsizliklə bağlı danışıqlar keçirəcək, lakin danışıqların detalları hələ tam razılaşdırılmayıb”. Haqlı.az xəbər verir ki, bu açıqlama ilə Ağ Evin mətbuat katibi Cen Psaki çıxış edib. Bundan əvvəl isə C. Psaki Rusiya Prezidenti Vladimir Putinin danışıqların yanvarın əvvəlində Cenevrədə keçirilə biləcəyi ilə bağlı bəyanatını təsdiqləməkdən imtina etmişdi.
Baxmayaraq ki, müasir silahlar “bu haqda düşünməyə” imkan verir, Rusiya kimi böyük ərazini mühasirəyə almaq çətindir. Haqlı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. "Deməli, bizim ərazimiz kimi ərazini mühasirəyə almaq çətin işdir. Baxmayaraq ki, müasir vasitələr, yəqin ki, bu barədə düşünməyə imkan verir", - Putin geniş mətbuat konfransında...
Ermənistan militarizmi canlandırmaq üçün uşaqlardan istifadə edir, onlara revanşist ideyaları aşılayır. Haqlı.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai tviter səhifəsində yazıb. “Bu erməni uşağının şevronundakı yazının mənası qisas deməkdir. Ekspansiya və qonşularla müharibə üzərində qurulmuş Ermənistan siyasi sistemi ölkədə militarizmi canlandırmaq üçün uşaqlardan istifadə edir. Biabırçılıqdır”...
Rusiya prezidenti Vladimir Putin, ölkədə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günlərinin tətbiqi təklifini dəstəkləyib. Haqlı.az-ın məlumatına görə, Rusiya dövlətinin başçısı qeyd edib ki, lazım gələrsə, sərt məhdudiyyətlər noyabrın 7-dən sonra da uzadıla bilər. V.Putin həmçinin əlavə edib ki, yoluxma faizi yüksək olan regionlar isə artıq 23 oktyabrdan etibarən qeyri-iş günləri rejiminə...