20 C
Baku
Çərşənbə, Sentyabr 15, 2021
ABŞ-ın Moskvadakı səfirliyi may ayındakı bayramlardan sonra konsul xidmətlərini göstərməkdən imtina edəcək və rusiyalılara viza verilişini dayandıracaq. Haqli.az xəbər verir ki, bu məlumat səfirliyin saytında yer alıb. Bu qərar Moskvanın ABŞ-ın Rusiyadakı səfirliyində yerli vətəndaşların işləməsini qadağan etməsinə cavab olaraq qəbul olunub.Vizaların yalnız fövqəladə hallarda veriləcəyi vurğulanıb./axar.az/  
Rusiyalı alim, fizik, dövlət tərəfindən vətənə xəyanətdə ittiham olunan Viktor Kudryavtsev vəfat edib. Haqli.az xəbər verir ki, bu barədə onun vəkili İvan Pavlov məlumat yayıb. “Görkəmli alimimiz, fizik, “Komanda 29” tərəfindən müdafiə olunan və dövlətə xəyanətdə suçlanan Viktor Kudryavstsev ölüb. O, 1 il 2 ay “Lefortovo” həbsxanasında gülünc ittihamla yatıb. Bütün...
Rusiyadan yola çıxan və hərbi təyinatlı mallarla yüklənmiş iki yük maşını Ermənistana buraxılmır. KAİM.az-ın məlumatına görə, bu barədə erməni mediası xəbər verib. Bildirilir ki, zirehli gödəkcə yüklənmiş nəqliyyat vasitələri bir aya yaxındır ki, Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır. Məlumata görə, nəqliyyat vasitələri martın 5-də Moskvadan çıxıb, martın...
Əfqanıstan ordusunun azı beş əsgəri Herat əyalətində minanın partlaması nəticəsində ölüb. KAİM.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən yazıb. Məlumata görə, Şindand bölgəsində qarşıdurmalar davam edir və daha dörd əsgər yaralanıb. Digər təfərrüatlar barədə məlumat verilməyib.
ABŞ Sahil Mühafizəsinin “Hamilton” tipli patrul gəmisi Qara dənizdə üzməyə başlayıb. KAİM.az xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Donanması məlumat yayıb. ABŞ gəmisinin NATO-dakı və regiondakı müttəfiqləri ilə birlikdə tapşırıqları yerinə yetirəcəyi bildirilib. “Birgə əməliyyatlar dənizlərdəki təhlükəsizliyimizi gücləndirir”, - açıqlamada qeyd olunub. Bundan əvvəl ABŞ-ın “Donald Cook” və “Ruzvelt” esminetslərini Qara dənizə...
Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb. KAİM.az xəbər verir ki, məlumatı “news.am” yayıb. Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb. Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb. Göstərişin...
Erməni vandalizmi ölkə hüdudlarından kənarda da özünü göstərir. KAİM.az xəbər verir ki, Fransanın Saint-Die-Des-Vosges şəhərində 40 ermənidən ibarət qrup türk ailənin evinə hücum edib. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Ailə üzvlərindən biri məsələ ilə bağlı açıqlamasında gərginliyin ilk dəfə aprelin 24-ü yaşandığını deyib. Buna səbəb isə bir erməninin uşaqlardan birinin üzərinə...
Aktyor Ertuğ Koruyan dünyasını dəyişib. KAİM.az  xəbər verir ki, kino ulduzu 76 yaşında infarktdan vəfat edib. Aktyor dünən axşam saatlarında Muğladakı evində dünyasını dəyişib. Qeyd edək ki, Ertuğ karyerası boyunca bir çox filmlərdə və seriallarda çəkilib. Zeki Alasya, Metin Akpınar və Kemal Sunal kimi məşhur aktyorlarla dəfələrlə kameralar qarşısına keçib.
İsrail son sutka ərzində koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb. KAİM.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb. Sözügedən nəticə ölkədə son 10 ayda ilk olub. Xatırladaq ki, İsrailin əhalisinin 53 faizindən çoxuna koronavirus peyvəndinin ikinci dozası vurulub.
Uraynada 1915-ci il hadisələrinə görə ölkədə keçirilə biləcək bütün tədbirlər qadağan edilib. KAİM.az "Hürriyet"e istinadla xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi qərar qəbul edib. Qeyd edilir ki, hər hansı bir səlahiyətli şəxsin Türkiyəni "soyqırımı'' və buna bənzər ifadələrlə günahlandırmaması üçün təlimat verilib. Ukrayna Parlamentinə son 10 ildə qondarma soyqırımının...