Yaralanandan beş ay sonra şəhid olan hərbçimiz DƏFN OLUNDU

0
4

Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.

KAİM.az xəbər verir ki, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.

Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin