Xətai rayonunda kanalizasiya suyu yaşayış binasının zirzəmisinə axır – VIDEO

Xətai rayonu, Məhəmməd Hadi küçəsi bina 97-də kanalizasiya suyu zirzəmiyə axır.

Sözügedən binanın sakinləri antisanitar vəziyyətlə üz-üzə qalıblar.

KAİM.az xezerxeber.az-a istinadən bildirir ki, sakinlərin sözlərinə görə, zirzəmidən gələn üfunət doqquzmərtəbəli binanın bütün mərtəbələrində hiss edilir.

Məsələ ilə  bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən ərazidə mövcud porblem mərhələli şəkildə həll olunur. Yaxın vaxtlarda həmin binanın kanalizasiya xətləri təmir olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin