TƏƏSSÜF: İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi-FOTO

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

KAİM.az xəbər verir ki, bu barədə KONKRET.az-a şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin