TƏƏSSÜF! İtkin düşən daha bir hərbçimizin ŞƏHİD XƏBƏRİ GƏLDİ-FOTO

0
4

Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib.

KAİM.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhidimizin yaxınları məlumat verib.

Hərbçimizin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib. Şəhidimizin sabah Neftçalanın Xıllı qəsəbəsində cənazə namazı qılınacaq. Daha sonra Quliyev Əkbərin nəşi Bakıda II Fəxri Xiyabanda torpağa tapşırılması üçün paytaxta gətiriləcək.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin