Şoyqudan Rusiya sülhməramlıları barədə VACİB AÇIQLAMA

0
8

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olduğu zaman ciddi hadisələrin baş verməsinə icazə verilməyib”.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında Müdafiə naziri Sergey Şoyqu deyib.

“Bu günə qədər heç bir ciddi hadisəyə yol verilməyib. Mülki nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca təhlükəsiz hərəkəti açıqdır və dəstəklənir”, – deyə o bildirib.

Şoyqu qeyd edib ki, Rusiya sülhməramlılarının rəhbərliyi altında “hamının hamıya” prinsipi ilə Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əsir mübadiləsi təşkil edilib. Bundan əlavə, cəsədlərin dəyişdirilməsi də aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin