Soydaşlarımız nəhəng sosial şəbəkələri geridə qoyan tətbiq hazırlayıb

Kanadada yaşayan azərbaycanlılar Əjdər Qasımov və Ülkər Axundzadənin yaratdıqları Hype Simulator tətbiqi ABŞ və Kanadada 0$ xərclə istifadəçi sayına görə ilk yerlərdə gedir.

Ü.Axundzadə bildirib ki, 6 ay öncə hazırlanan mobil tətbiq Amerika və Kanadada bütün mobil tətbiqlərin içində Zoom, Youtube, TikTok, Instagram, Facebook və WhatsApp kimi milyonlarla nəhəng tətbiqləri geridə qoyaraq 1-ci yerdə durur. Bu mobil tətbiq bir çox insana arzusunda olduğu məşhurluq hissini yaşadır.

“Tətbiqə başladığınız an sizə “Artıq məşhur” və ya “Məşhurluğa addımlayan” kimi iki seçim (Celebrity or Going Viral) verilir. Bu proqramin 3.5 milyondan çox yüklənməsi var, proqram son 3 həftə ərzində 2 milyondan çox yüklənmə qazanib”, – deyə soydaşımız qeyd edib.

Hazırda gənc mütəxəssislər 3-cü seçim olan “Məşhurluğu itirən” (Canceled mode) mobil tətbiqin üzərində işləyirlər.

Qeyd edək ki, Əjdər Qasımov və Ülkər Axundzadə həyat yoldaşıdırlar. Ə.Qasımov “Software Developer” şirkətində menecer işləyir. Ü.Axundzadə kompüter elmləri ixtisası üzrə Vaterlo Universitetini bitirib. Onun atası Vaterlo Universitetinin “Riyaziyyat və Biznes Proqramları” fakültəsinin direktoru, professor İlham Axundovdur. İ.Axundov 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən diaspor fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin