ŞAD XƏBƏR: Daha bir şəhidimizin övladı dünyaya gəlib – FOTO

Vətən müharibəsinin şəhidi Məmmədli Sübhanın övladı dünyaya gəlib.

KAİM.az Oxu.az-a istinadən bildirir ki, qəhrəmanımızın övladı bu gün xəstəxanadan evinə yola salınıb.

Sübhanə adı verilən körpəni xəstəxanada “YAŞAT” Fondunun əməkdaşları, şəhid kapitanın döyüş və iş yoldaşları, ailəsi və yaxınları qarşılayıb.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edən S.Məmmədli qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

O, ölümündən sonra “Vətən uğrunda” və “Füzuli rayonunun azadlığı uğrunda” medalları ilə təltif edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin