“Qarabağda da Qaxda, Balakəndə, Zaqataladakı kimi olacaq” – Ədalət Verdiyev

0
6

“Bizim coğrafiyamız Azərbaycandan daim döyüşə hazır, üstün texnologiyaya malik ordunun mövcudluğunu tələb edir.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycan Ordusunun gələcəkdə daha kompakt bir şəkildə, lakin çevik və döyüşə daha üstün bir səviyyədə hazır durumda olması ilə bağlı müzakirələr gözlənilir:

“Vətən müharibəsi bitib, lakin münaqişə tam nizamlanmayıb, ortada sülh müqaviləsi yoxdur, lakin ermənilərin artıq 50 gün ərazində ikinci təxribatı ilə rastlaşırıq. Ümumulikdə, regionda hələ davamlı və sabit sülhün əldə olub iddiasını səsləndirmək çox erkəndir. Döyüş əməliyyatlarının sadəcə aktiv fazası başa çatıb, indi isə müqavimət ocaqlarının təmizlənməsi ilə paralel diplomatik nizamlanma prosesinə başlanılıb. Düşünürəm ki, yaxın bir neçə ay ərzində baş verən Vətən müharibəsində Azərbaycan Ordusunun təqdim etdiyi silahlı mübarizə üsulları, keçirdiyi əməliyyatların, əldə olunan nailiyyətlərin, ümumilikdə baş verən bu proseslərin geniş təhlil prosesləri keçiriləcək.

Müdafiə Nazirliyinin, Prezidentin hərbi məsələlər üzrə müşavirinin, Təhlükəsizlik Şurasının, müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi bu istiqamətdə təhlillərin nəticələri ilə əlaqəli bəlli bir toplantılar, məsləhətməşlər də keçiriləcəyi gözlənilir.  Bura ola bilsin ki, ekspertlər də dəvət olunsun, onların da fikri dinlənilsin.  Əldə etdiyimiz nailiyyətlər və təcrübə əsasında Orduda hansı yenilikləri tətbiq edilməsi, Ordunun gələcəkdə kompakt, çevik və döyüşə daim hazır olması üçün inkişaf istiqamətləri qərarlaşdırılacaq.

XTQ-nin sayının artırılmasına gəlincə, onsuz da hər birliyin özünə aid əlahiddə kəşfiyyat taborları mövcuddur. Naxçıvanda isə daha böyük bir hərbi hissə və bölmələrdən ibarətdir. Hər bir hərbi hissənin isə özünün kəşfiyyat bölükləri var. Lakin bunların hamısının vəzifələri fərqli-fərqlidir. Yəni, fəaliyyət dərinlikləri, yerinə yetirdikləri vəzifələrin spektoru fərqlidir. Ümumilikdə isə Ordu yalnız XTQ -dən ibarət olmaz. Xüsusi Təyinatlı Qüvvələr daha dərinliklərdə, daha ciddi vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulub. Mühəndis istehkam, rabitə, kəşfiyyat, HHM və kimya bölmələri ilə bərabər motoatıcı, artilleriya tank və təchizat bölmələrinin hamısı çox vacibdir, bunlarının hamısının birgə fəaliyyətləri çox vacibdir. Lakin real müharibə və onun nəticələri, xüsusilə də Qləbə, hər bir Ordunun inkişafı üçün əhəmiyyətlidir, lakin struktur dəyişiklikləri barədə indidən danışmaq hələ tezdir.

Biz bu analizləri və təhlilləri gözləməliyik. Onların nəticəsi ortaya çıxacaq, sonra ictimaiyyətə açıqlanmayan qərarlar qəbul ediləcək. Bu isə Orduda məxfilik qrifi adı altında ştat-struktur dəyişiklilərinə, texniki və keyfiyyət baxımından daha mobil hissə və bölmələrin yaradılmasıba və s. kimi proseslərə səbəb ola bilər. Lakin bu proseslər hamı üçün deyil, məhdud kontingent üçün açıq olacaq,.

Qarabağ bölgəsində hələ də qalan erməni terrorçu birləşmələrinin məhv edilməsi əslində Azərbaycan DTX-nın və Daxili Qoşunlarının vəzifələridir. Düzdür, müharibə ocağı olduğu üçün orarada ordu bu işlərlə məşğuldur. Gələcəkdə isə ölkə daxilində, o cümlədən Qarabağda  anti-terror əməliyyatları ilə ordu məşğul olmayacaq.  Güc strukturlarının funksiyaıarın arasında konkret sərhədlər var. Müharibə bitdikdən sonra biz necə ki, əvvəllər Qaxda, Balakəndə, Zaqatalada Daxili Qoşunların fəaliyyətini izləyirdik, Qarabağda da eynisi olacaq. Hələ ki, münaqişə tam başa çatmayıb və Sülh müqaviləsi imzalanmayıb deyə Ordu bu vəzifələri də yerinə yetirir”.

Təhməz Əsədov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin