Qarabağ qəhrəmanı: “770 manat borca görə maşınımı evdən aparıblar”

“Azərmaş” ASC iki aylıq kredit gecikməsinə görə cəbhədə döyüşüb yaralanmış, hətta indi də xidmətini davam etdirən əsgər Məmmədov Anar Qurban oğlunun “Xəzər” markalı avtomobilini onun yaşadığı evin həyətindən aparıb. 

KAİM.az  xəbər verir ki, əsgər özü bununla bağlı şikayətini  sosial şəbəkə vasitəsilə yayıb.

Hazırda Qarabağda olan qazi deyir: “Mən özüm könüllü olaraq düşmənlə döyüşə qoşulmuşam. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanmışam. Belimdə və bədənimin digər hissələrində zədələr var. Buna baxmayaraq bu gün də xidməti davam etdirirəm. Döyüşlərdə iştirak etdiyim üçün kredit götürdüyüm avtomobilin ödənişini iki ay gecikdirmişəm. “Azərmaş” ASC-dan maşını 4500 manat ilkin ödəniş edərək almışam. Aylıq ödənişi 385 manat idi. Mən “Azərmaş” ASC-lə, oranın Ramin adlı əməkdaşı ilə əlaqə saxladım. Bildirdim ki, döyüşdən qayıdan kimi ödənişi edəcəyəm. Buna baxmayaraq avtomobili yaşadığım evdən aparıblar. Mən Ali Baş komandandan və dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər. Anam və qardaşım ağır xəstədirlər. Ailənin dolanışığı mənim üzərimdədir. Mən həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırırdım”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin