Qarabağ həqiqətləri Oslodakı reklam lövhələrində nümayiş olunur

0
6

Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan-Norveç diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə paytaxt Oslonun mərkəzi küçələrində Qarabağ həqiqətlərindən bəhs edən 200 reklam lövhəsi (bilbord) quraşdırılıb.

KAİM.az xəbər verir ki, layihə yerli ictimaiyyətin diqqətini Qarabağ həqiqətlərinə və Vətən müharibəsinə cəlb etmək məqsədi ilə gerçəkləşdirilib. Layihə ilə vətəndaş cəmiyyətinə Qarabağda Azərbaycanın təhlükəsiz gələcəyinin qurulması üçün birlikdə işləməyin, sülh müqaviləsinə riayət olunmasına birgə səylər göstərməyin, Azərbaycan ərazilərində birgə humanitar aksiyalar həyata keçirməyin mümkün olması ilə bağlı ismarıclar verilib.

Layihə müəllifləri, həmçinin dünya ictimaiyyətini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırıblar.

Bilbordlarda yerləşdirilən fotoşəkillər arasında məşhur fotoqraf Reza Deqqatinin birinci və ikinci Qarabağ savaşı zamanı çəkdiyi fotolardan da istifadə olunub.

     

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin