Parisdə Ermənistana qarşı fərdi etiraz aksiyası TƏŞKİL EDİLİB – FOTO

Fransanın Paris şəhərində yaşayan və təhsil alan gənc soydaşımız İsgəndər Əsgərovun təşəbbüsü ilə Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq fərdi aksiya keçirilib.

Parisdəki parlament binasının önündə baş tutan aksiya zamanı soydaşımız “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik!” tələbini nümayiş etdirib. Bununla da İ.Əsgərov parislilərin diqqətini Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların 30 ilə yaxın müddət ərzində həsrətini çəkdikləri doğma yurd-yuvalarına qayıtmaq, orada yaşamaq hüququnu məqsədli şəkildə və kobudcasına pozduğuna cəlb edib.

Qeyd edək ki, Ermənistanın minalanmış ərazilərə aid xəritələri verməkdən imtina etməsi və qondarma erməni soyqırımı iddiası ilə bağlı Fransa paytaxtında, pandemiya qaydalarına uyğun, müxtəlif  xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin