Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində TƏMSİL OLUNUR-FOTO

0
5

Fevralın 18-də 28-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb. Sərgidə 20 ölkədən 281 nəşriyyat poliqrafiya müəssisəsi iştirak edir.

KAİM.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Belarusdakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunur.

Sərgidə Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi İslam Hüseynov və yazıçı Zəhra Bədəlbəyli iştirak edir.

Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti və Qarabağ haqqında kitablar nümayiş olunur. Eyni zamanda Azərbaycanın Belarusdakı Səfirliyi tərəfindən MDB ölkələri üzrə keçirilən kitab forumunun 30 illiyinə həsr olunmuş guşədə mədəniyyətimizin müxtəlif sahələrinə aid nəşrlərin nümayişi də təşkil edilib.

Sərginin açılış mərasiminə Belarusun hökumət rəsmiləri, minskdəki diplomatik korpusun nümayəndələri, o cümlədən bu ölkədəki səfirimiz Lətif Qəndilov da qatılıb. Kitabsevərlərin maraq göstərdiyi Azərbaycan stendini Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və digər rəsmilər də ziyarət ediblər. Stendimizə yaxınlaşan bütün ziyarətçilərə nəşrlərimiz haqqında ətraflı məlumat verilir.

Bu il yaranmasının 30 illiyi tamam olan Müstəqil Dövlətlər Birliyi (MDB) Minsk sərgisinin fəxri qonağıdır. Onu da bildirək ki, bu il MDB-yə Belarus sədrlik edir.

Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası fevralın 21-də başa çatacaq.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin