“Nizami irsi” layihəsi Pekində həyata keçiriləcək-DİASPOR FƏALİYYƏTİ

0
5

Ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması münasibətilə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası “Nizami irsi” layihəsinə başlayıb. Məqsəd – Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, ölkələrimizin ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

KAİM.az xəbər verir ki, kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, bir il ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərci, sərgi və elmi konfransın təşkili, şairin əsərlərinin, nizamişünaslığa aid elmi araşdırmaların Çin dilinə tərcüməsinin həyata keçirilməsi, Çində nizamişünaslığın yaranması və inkişafı məsələlərinin tədqiq edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrların Pekin Xarici Dillər Universitetində hazırlanmasına başlanılıb. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə ötən illər ərzində universitetdə Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr həyata keçirilib. 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəsimi ili” çərçivəsində Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin