Misirdə qələbəmizə həsr olunmuş sərgi keçirilib

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində azərbaycanlı uşaqların şanlı qələbəmizə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

KAİM.az xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığını, üçrəngli bayrağımızın dalğalandığı Şuşa qalasını və Ağdam məscidini vəsf edən rəsmlər nümayiş etdirilib. Tədbir zamanı balacalar Vətən, Azərbacan ordusu haqqında ürək sözlərini də söyləyiblər.

Birliyin sədri Seymur Nəsirov bildirib ki, 44 günlük Vətən müharibəsi ərzində Qahirədə yaşayan soydaşlarımızın övladları müzəffər Azərbaycan ordusunun igidliyi haqqında şeir və rəsm əsərlərini diaspor mərkəzinə göndəriblər.

Tədbir “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin adından kiçik rəssamlara hədiyyələrin təqdim edilməsi ilə yekunlaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin