Marketlərə sanksiyalar tətbiq ediləcək – RƏSMİ AÇIQLAMA

0
5

“İnsanların çoxuna marketlərdə onlara məhsulun hansı qalınlıqda polietilen torbalarda verilməsi maraqlı deyil”.

KAİM.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, bu, dövlət qurumlarının və market sahiblərinin marağında olmalıdır: “Çünki bilirlər ki, bu, müvafiq sanksiyalar gətirəcək. Market sahibləri məhsulları alan zaman konkret sənəd tələb etməlidir. Qanunvericilikdə nəzərdə tutulmayan ölçüdə məhsulları almamalıdırlar”.

O qeyd edib ki, ETSN tərəfindən bununla əlaqədar müraciətlər hazırlanır: “Yaxın zamanda müvafiq qurumlara, həmçinin vətəndaşlara ETSN-in müraciəti olacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin