Koronavirusa yoluxanlar çoxalır – Qapanma ilə bağlı VACİB AÇIQLAMA

Son günlər koronavirus infeksiyasına yoluxanların sayı yenidən artıb. Bəzi ekspertlər belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsinin qaçılmaz olduğunu söyləyirlər.

Yaranmış durumla bağlı nə kimi tədbirlər görülməlidir, sərt karantin rejiminə keçilmək doğru və yeganə yoldurmu?

KAİM.az xəbər verir ki, “Yeni Müsavat”ın bu və digər suallarına həkimlərin mövqeyini öyrəndik.

Həkim-infeksionist Nilufər Məmmədova bizimlə söhbətdə bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: “Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.

Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər”.

Adil Allahverdiyev: Vaksinin əsas hədəfi immun sistemini aktiv vəziyyətə gətirməkdir VİDEO – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev də mövzu ilə bağlı danışıb: “Bir az artma var, amma bunu çox da böyük rəqəm kimi ifadə etmək lazım deyil. Artırsa və ya bundan sonra arta bilərsə, bunun müxtəlif səbəbləri ola bilər. Koronavirusa yoluxma hallarının artması yumşaldılma tədbirlərindən sonra insanlarda yaranan arxayınlıqla əlaqədardır. Kafe-restoranların, ictimai iaşə müəssisələrinin açılması, insanların belə yerlərə getməsi, maskaya münasibətin belə yerlərdə bir az arxa plana düşməsi də burada rol oynaya bilər.

Bir çox ölkələrdə, eləcə də qonşu Türkiyədə koronavirusun daha sürətlə yayılan mutasiyalarına rast gəlinir. Ancaq Azərbaycanda aparılan tədqiqatlarda yeni ştammlar aşkarlanmayıb. Ona görə xəstəlik sayının artmasını böyütməyək. Bir az artım var. Ancaq vətəndaşlar daha diqqətli olmalıdırlar ki, sərt tədbirlərin görülməsinə getməyək”.

Professor qapanmaların olmasını labüd sayır: “Nə qədər ki pandemiya var, periodik olaraq qapanmalar gözləniləndir. Ancaq hazırda qapanmaların olub-olmayacağını söyləmək çətindir. Onu zaman göstərəcək. Əhalinin qoyulan tələblərə necə riayət etməsi burda mühüm rol oynayacaq”.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin