İsrail televiziyasında Qarabağdakı vəziyyət müzakirə olundu

0
1

İsraildə rus dilində yayımlanan 9-cu kanalın “Gün” Xeberler  proqramında 44 günlük Vətən müharibəsindən sonra Dağlıq Qarabağdakı mövcud durumdan bəhs edilib.  

KAİM.az xəbər verir ki, İsraildə yaşayan soydaşlarımızın məlumatlandırılmasına xidmət edən proqramda sualları Azərbaycanın keçmiş xarici işlər naziri, beynəlxalq münasibətlər üzrə ekspert Tofiq Zülfüqarov cavablandırıb. Proqram boyunca İsrail-Azərbaycan münasibətləri, Dağlıq Qarabağda cərəyan edən proseslər, Ağdamda yerləşəcək Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyəti və s. məsələlər barədə suallara aydınlıq gətirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycandan tamamilə çıxarılması, iki dövlət arasında sərhədlərin bərpa olunması regionda sabitlik və tərəqqi üçün vacibdir.

İsrailin Azərbaycanı dəstəkləməsi və silah satması ilə bağlı Ermənistanın ittihamlarına gəlincə, ekspert deyib ki, ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri tarixi köklərdən qaynaqlanır. İki dövlət arasında uzun illər öncə başlamış hərbi əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və torpaqlarımızın işğaldan azad olunmasına tövhələr verməklə özünü doğruldub.

 

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin