Həmin Azərbaycan filmi “Ən yaxşı xarici film” seçildi-FOTO

0
2

Azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” (“İzn ver qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kinofestivalında “Ən yaxşı xarici film” mükafatına layıq görülüb.

KAİM.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri fiziki qüsurlu Orxan adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneləri dəf edir.

Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Goldberg və Zeke Ramazan Geisdir.

Qeyd edək ki,  indiyə qədər “İzn ver qaçım” qısametrajlı filmi Los Angeles, Nyu-York və Torontoda keçirilən beynəlxlaq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin