Həkimdən XƏBƏRDARLIQ: Bu dəfə yoluxma sayındakı “zirvə”ni GÖRƏCƏYİK

Ölkədə koronavirusa yoluxma yenidən artacaq və biz yenə gündəlik yoluxma sayındakı o “zirvə”ni görəcəyik.

KAİM.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində həkim Vasif İsmayıl deyib. O bildirib ki, üçüncü dalğa ikinci dalğadan güclü olmayacaq:

“Epidemiyanın birinci dalğası zəif, ikincisi isə şiddətli oldu. Növbəti, yəni üçüncü dalğa ikincidən güclü olmasa da, birincidən daha şiddətli olacağını proqnozılaşdırmaq olar”.

“Epidemiyanın qarşısını almaq üçün hamı təcrid olunmalı, yaxın ailə üzvləri ilə belə görüşülməməlidir. Bu isə mümkün deyil, çünki sosial məsafəni belə hər kəslə saxlamırıq və təmas hər zaman olur. Buna görə, özünüzü qorusanız belə, yoluxacaqsınız.

Ümumilikdə isə epidemiyanın yayılması dalğalarla olur və bu dalğaların formulu 100 illərdir hesablanır. Bu səbəbdən mütəxəssislər hansı ölkədə və bölgədə xəstəliyin artacağını əvvəlcədən proqnozlaşdıra bilirlər”.

mənbə: oxu24.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin