Gənclər Günü münasibətilə “Qəhrəman gənc” layihəsi TƏQDİM OLUNDU-ƏTRAFLI

0
6

Heydər Əliyev Sarayının təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Qəhrəman gənc” layihəsi təqdim olunub.

KAİM.az xəbər verir ki, Heydər Əliyev Sarayı tərəfindən hazırlanan yeni layihənin əsas məqsədi istedadlı gəncləri və Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçilərini gənclər arasında təbliğ etməkdir.

Layihədə iştirak edən istedadlı gənclər – Şəhriyar İmanov (tar), Əli Məmmədov (royal), “The Passion” kvarteti, Coşqun Qadaşov (royal), “Baku band” qrupu, Aytac Hüseynova, Nigar Paşayeva, Nərgiz Qafarlı, Yusif Qurbanov, Şəfiqə Abbasova, Leyla Lütfəliyeva, Aslan Nuri, Türkanə Kərimli, Jalə Quliyeva, Kamran Lətifov, Şamil Məmmədov, Afiya Babayeva, Nərminə Abdullayeva (rəssam) bədii və rəsm kompozisiyalarını təqdim ediblər.

Bundan əlavə, layihənin çəkilişlərində mədəniyyət sahəsində çalışan və könüllü olaraq ordu sıralarına yazılaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş gənclər – Heydər Əliyev Sarayının əməkdaşı Azay Azayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Firdovsi Eyvazov və Akademik Milli Dram Teatrının əməkdaşı Tərlan Əsgərli də yer alıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin