“Freedom Gazette”:  Dünya son erməni təcavüzünə biganə qalmaqla qlobal institutlara etimadı sarsıtdı

Hindistanın “Freedom Gazette” xəbər portalında “Nə üçün dünya Dağlıq Qarabağın qayğısını çəkməlidir” başlıqlı məqalə dərc olunub.

KAİM.az xəbər verir ki, Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Aynur Bəşirovanın qələmə aldığı məqalədə qeyd olunub ki, bu il Azərbaycan ərazilərinə Ermənistanın hücumu yalnız ölkəmizə deyil, həm də Avropa və Asiyanın enerji təhlükəsizliyinə hücum idi. “Dünya son erməni təcavüzünə biganə qalmaqla, təhlükəli qlobal presedent yaratdı və qlobal institutlara etimadı sarsıtdı”- deyə məqalədə qeyd edilir.

Müəllif dünyəvi, mültikultural, çoxkonfessiyalı dövlət olan Azərbaycanın hələ 1918-ci ildə dünyada qadınlara bərabər hüquqlar təqdim edən ilk dövlətlərdən biri olduğunu vurğulamaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasəti barədə ətraflı məlumat verib.

Məqalədə beynəlxalq aləmin uzun illər Azərbaycanın əzəli torpaqlarının işğalının davam etdirilməsinə, Ermənistanın törətdiyi hərbi cinayətlərə və etnik təmizləmələrə göz yumduğuna, 44 günlük müharibənin səbəblərinə, döyüşlərin Azərbaycan ərazilərində aparıldığına və s. faktlara diqqət cəlb olunub.

Müəllif dünya dövlətlərini Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı mübarizəyə ədalətli yanaşmağa, beynəlxalq enerji təhlükəsizliyi və regional iqtisadi inkişaf naminə fəaliyyət göstərməyə çağırıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.freedomgazette.in/2020/12/why-the-world-should-care-about-nagorno-karabakh/?fbclid=IwAR1Vlb-9fIuE5lMpWKVx2iI3CPFNFzkk4U6lPPEIzeQt57GjMhaMXmwDgf4

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin