Ermənilərlə BARIŞA BİLƏRİKMİ? – “50 il mümkün olmayacaq”

0
5
“Azərbaycan və erməni xalqları arasında sülh və barışıq məncə, 50 il mümkün olmayacaq. Çünki onların sıradan tutmuş ziyalılarına qədər ruhu çirklənib, habelə şovinist düşüncəyə kökləniblər. Hər halda mənə elə gəlir ki, onlarla birgə yaşamaq mümkün olmayacaq”.

Bu sözləri Reyting.az-a şair Rüstəm Behrudi Azərbaycan və erməni xalqları arasında əməkdaşlıq və barış imkanlarını qiymətləndirərkən deyib.

R. Behrudinin fikrincə, öncə Azərbaycanın verdiyi şəhidlərin sayına, ermənilərin vəhşiliklərinə baxmaq lazımdır: “Ən azından şəhid ailələrinin üzvləri durduqca bu barışıq mümkün olmayacaq. Onsuz da, biz tarixin müxtəlif dövrlərində onlarla barışmışıq. Amma hər dəfə də pisliklər görmşük. Hazırda erməni cəmiyyətində də bizə qarşı radikal münasibət sərgilənir”.

Şair hesab edir ki, Rusiyanın cəhdləri də əslində bu iki xalqı bir-birilə barışdırmaq məqsədi güdmür: “Ruslar öz siyasətinə hesablanan oyun oynayır, fəaliyyət göstərirlər. Baxın, görün 44 günlük müharibə, ondan əvvəl və sonra bir erməni ziyalısı ortaya ədalətli mövqe qoydumu? Yox! Yalnız bir nəfər çıxış etmişdi, onu da ermənilər az qala daş-qalaq etsinlər. Bundan sonra o da səsini kəsdi. Əslində SSRİ ensiklopediyasında 1950-ci illərə qədər erməni xəstəliyindən yazılmışdı. Yəni ermənilik xəstəlikdir. Sonradan bunu ensiklopediyadan çıxardılar. Sözüm odur ki, onların düşüncəsində və ruhunda xəstəlik var. 2-3 milyonluq əhali “Böyük Ermənistan”dan danışırsa, deməli, xəstədirlər. Əgər sənin böyük ərazin olacaqsa və orada 5 milyon insan yaşamayacaqsa, belə xəstə ideyalar sənin nəyinə lazımdır? Bir sözlə, bizim qonşumuz xəstə bir millətdir. Bu mənada şəxsi fikrim belədir ki, bu düşüncədə olan bir xalqla barışıq mümkün deyil”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin