“Cənab Prezident, bu məmurlara yerini göstərin!”

“Ucar rayon xəstəxanasının baş həkimi, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun qohumu Əlahəzrət Zeynal doktor tez-tələsik, çaparaq-qaçaraq anam Gülşən xanımçün təcili yardım göndərib ki, Səhiyyə Nazirliyindən tapşırılıb, gedin analiz götürün. Ciyəri buzlaşmış adamdan analiz indiyə qədər niyə götürülməyib, bu da başqa bir komediya!

Güləkmi, ağlayaqmı, tragekomediyamı, oyundurmu, bilmirik. Gündə bir telefon nömrəsi dəyişdirən, lüks avtomobillərinin təkərini də az qala spirtləyən cənab Baş həkim – bu dövlət sahibsiz deyil. Bəs hanı dövlətin verdiyi pulsuz dərmanlar, imkanlar?”

KAİM xəbər verir ki, bunu sosial şəbəkədə yazıçı Elçin Astangil paylaşıb:

“Əlahəzrət Zeynal doktor, Azərbaycan vətəndaşlarının hər bir fərdi dövlətdir, dövlətçilikdir, bilin yəni! Və ya ilaxır, əgər bu xəstələrin sahibi olmasa, ölüməmi tərk edəcəksiniz? Mənim anam kimi yüzlərlə analar var, onların aqibəti necə olacaq, Ey TƏBİB, EY SƏHİYYƏ NAZİRLİYİ?

Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi Prezident İlham Əliyevə səslənirəm – Cənab Prezident, bu məmurlara yerini göstərin! Cənab Prezident necə ki bu xalqla əl-ələ verib işğal altındakı torpaqlarımızı qurtardınız, yenə bu xalqı yanınıza alıb ölkə səhiyyəsinə qarşı müzəffər yürüş başladın. Əminəm ki, bu məsələdə də, xalq yanınızda olacaq!

Cənab prezident, adamlar ölür, adamlar. Adam günündən bixəbər atalar, analar, qardaşlar, bacılar, oğullar, qızlar ölür! Döyüşən oğullar, döyüşən atalar, səngər analar ölür, səngər bacılar ölür! Xalqın sizə ehtiyyacı var, bu məsələdə qətiyyətinizə ehtiyacı var! Bu məsələni ya birmərrə kökündən həll edin, məmur özbaşınalığına son qoyulsun, ya da bu millət müzəffər zəfərimizə kölgə salan bu kimi hallardan dolayı sizə olan inamından vaz keçərək, başı “başduran”ların məsuliyyətsizliyi, əlçatmazlığı, hegemonluğu, “burda mənəm Bağdadda kor xəlifə” yekaxanalığı ilə qarışacaq və bir xeyli qarışacaq. Bu kimi hallar dövlətçiliyimizə təhdiddir! Cənab prezident, onlar dənizi daşlayır. Bilmirlər ki, daşları yuyub aparan dalğalar DƏNİZDƏN başlayır?”

İlqar

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin