“Baku Steel Company”dən əməkdaşlarının ölümü ilə bağlı iddialara CAVAB

“Baku Steel Company” MMC Aprelin 4-də saat 21:00 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən dəmir qəbulu məntəqəsində baş verən ölüm hadisəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

KAİM.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Baku Steel Company” MMC-nin hüquqşünası Nazim Əliyev açıqlama verib. O bildirib ki, mətbuatda idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölən şəxsin “Baku Steel Company” MMC-nin sürücüsü kimi təqdim edilməsi həqiqəti əks etdirmir:

“1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlunun “Baku Steel Company” MMC ilə heç bir xidməti müqaviləsi yoxdur. Həmin şəxs bizim işçimiz olmayıb. O, “Baku Steel Company” MMC-yə mal satan şirkətin məhsullarını daşıyan sürücü olub”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin