Polşadakı debat mərkəzində Qarabağ həqiqətləri işıqlandırıldı

0
4

Polşa Azərbaycanlıları Şurasının Aşağı Sileziya üzrə koordinatoru, Vrotslav Universitetinin müəllimi, humanitar elmlər doktoru İlahə Kərimova Yagellon Fondunun Debat Mərkəzinin təşkil etdiyi onlayn formatlı mühazirədə məruzəçi qismində çıxış edib.

KAİM.az xəbər verir ki, “Azərbaycan beynəlxalq arenada” mövzusuna həsr olunan mühazirədən sonra azərbaycanlı alim bir saatlıq müsahibənin qonağı da olub. Müsahibə zamanı İlahə Kərimova Azərbaycan dövlətinin multikulturalizm siyasəti və modeli, ölkəmizdə yaşayan milli azlıqlar və etnik qruplardan danışıb. Çar Rusiyası dönəmində ermənilərin Azərbaycan torpaqlarına köçürüldüyünə diqqəti cəlb edən soydaşımız Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Qarabağ həqiqətləri, Azərbaycanın ərazi bütovlüyünün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Birliyinin və Avropa Parlamentinin müvafiq sənədlərində təsbit olunması, Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyə malik olması barədə ətraflı məlumat verib.

Sülhpərvər, multikultural, tolerant Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə dostluq və qardaşlıq münasibətləri qurduğu bildirilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandığı qeyd edilib. Xocalı soyqırımı kimi insanlığa zidd dəhşətli cinayət törədən ermənilərin Azərbaycanın işğal edilmiş Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edərkən ekoloji terror və vandallıq aktlarına yol verdikləri nəzərə çatdırılıb.

Müsahibə Dağlıq Qarabağa dair müxtəlif sualların cavablandırılması ilə yekunlaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin