Azərbaycanın tarixi zəfəri Monteneqro mediasında işıqlandırılıb

Monteneqro mediasında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfərdən bəhs olunub.

Ölkənin “Aktuelno.me” xəbər portalına müsahibəsində Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə bildirib ki, 44 günlük müharibə ilə Azərbaycan tarixi zəfərə nail olub. Ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etməyib, həm də BMT qətnamələrini yerinə yetirərək 30 illik Dağlıq Qarabağ münaqişəsini həll edib.

28 illik işğal dönəmində ermənilərin ərazilərimizi dağıdaraq xarabalığa çevirdiyinə, dini və mədəni abidələrə qarşı həqarət və vandalizm hərəkətləri törətdiyinə diqqət cəlb olunub. “Azərbaycan ərazisində məskunlaşan ermənilər anlamalıdırlar ki, onların xoşbəxt gələcəyi, yalnız Azərbaycanın ərazi bütövlüyünü qəbul etmələrindən keçir. Bundan sonrakı macəra axtarışları onlar üçün daha ağır fəlakətlə yekunlaşa bilər.  Ermənistan hazırda siyasi, iqtisadi, humanitar, sosial və demoqrafik böhran yaşayır”, – deyə S.Mirzəzadə vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün əsl səbəbinin əsassız ərazi iddiaları, “Böyük Ermənistan” xülyaları, uzun illər aparılan sülh danışıqlarının uğursuzluğunun və sentyabrın 27-də hərbi əməliyyatların başlanmasının rəsmi İrəvanın destruktiv və təcavüzkar siyasəti ilə bağlı olduğu bildirilib.

Yazıda mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğaldan azad olunduğu 8 noyabr tarixinin Zəfər Günü elan edildiyi və dekabrın 10-da Bakıda Qələbə paradının keçiriləcəyi barədə məlumat verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin