Azərbaycanda dəhşət! Hamilə qadını aparan təcili yardım “Kamaz”la toqquşdu

0
5

Şəmkirdə 3 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili COVID-19 xəstəsi olan hamilə qadını aparırmış.

Hadisə zamanı xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsü, 1966-cı il təvəllüdlü Ağstafa rayon sakini, Qoşqar Namazov, Qazax rayon Təcilli Tibbi Yardım Stansiyasının tibb bacısı, 1959-cu il təvəllüdlü rayon sakini Sevda Nəsibova və Qazax rayon sakini Jalə İsmayılova xəstəxanaya yerləşdiriliblər. Yaralılardan tibb bacısının vəziyyətinin ağır olduğu bildirilir. APA

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin