Azərbaycan diri heyvan və heyvan mənşəli məhsulların idxalına QADAĞA QOYDU

Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların, o cümlədən diri quş, quş əti və damazlıq yumurtanın idxalına məhdudiyyət qoyulub.

KAİM.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrikanın Qautenq, Finlandiyanın qərbi hissəsi, Rusiyanın Krasnodar, Cənubi Afrikanın Qərbi Keyp ərazilərində patogen quş qripi xəstəliyi aşkarlanıb.

Həmçinin, Cənubi Afrikanın Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Limpopo və İsrailin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrikanın Limpopo və İsrail Dövlətinin Hazafon ərazilərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, o cümlədən Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrikanın Qautenq və Qərbi Keyp, Rusiyanın Krasnodar, Finlandiyanın qərbi bölgəsində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin