Azərbaycan əsilli fransız aktyor Robert Hossein vəfat edib

Azərbaycan əsilli fransız rejissor və aktyor Robert Hossein dekabrın 31-i 93 yaşında vəfat edib.
Məşhur rejissor Robert Hossein karyerasına 1940-cı illərdən aktyor kimi başlayıb. Vittel şəhərində yaşayan R.Hossein 1950-ci illərdə teatr yaradıcılığına başlamazdan əvvəl ilk filmlərini çəkib. “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, “Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu ekran əsəri “Məryəm adlı qadın” filmi olub.
R.Hosseinin ən böyük tamaşası 1978-ci ildə yaratdığı və Fransanın paytaxtında təqdim etdiyi “Paris Notre Dame” tamaşası olub. Səhnə əsərini 580 min tamaşaçı izləyib və bu, onun ən uğurlu tamaşası hesab olunur.
2020-ci ilin avqust ayında Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.
Vaxtilə Bakıda da səfərdə olan tanınmış aktyor bu fikirləri səsləndirib: “Məni Azərbaycana dəvət etdiklərinə görə, Prezident İlham Əliyevə və ölkənin Birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Onlar mənə əcdadlarımla yaxından tanış olmaqda kömək etdilər”.
Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Robert Hosseinin vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Robert Hosseinin əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin