Arif Quliyevin vəziyyəti KRİTİKDİR – Süni nəfəs aparatına QOŞULDU

Artıq 10 gündür ki, COVID-19 virusuna yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti getdikcə ağırlaşır.

KAİM.az xəbər verir ki, xəstəxanada aparılan müalicələrə baxmayaraq ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub. Xalq artistinin qızı Günel Quliyevanın “Report”a verdiyi açıqlamaya görə, müayinə və müalicələrə baxmayaraq atasının vəziyyəti olduqca ağırdır.

Qeyd edək ki, Arif Əli oğlu Quliyevin 71 yaşı var.

Kino və Teatrda oynadığı rollarla xalqın rəğbətini qazanan sevimli aktyorumuza şəfa diləyirik!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin