Anar Kərimov İsveç Krallığının ölkəmizdəki səfiri ilə onlayn görüş keçirdi

0
5

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamill ilə onlayn görüş keçirib.

KAİM.az xəbər verir ki, görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, İsveç Krallığının Azərbaycandakı səfirliyinin ticarət və mədəniyyət məsələləri üzrə katibi Sirus Rüstəmov, nazirliyin və səfirliyin rəsmiləri, habelə hər iki ölkənin incəsənət sektorunun nümayəndələri iştirak edib.

İştirakçıları salamlayan Anar Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri barədə fikirlərini bildirib, İsveç Krallığı ilə bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səfir Kristian Kamil iki ölkə arasında gələcək əməkdaşlıq üçün imkanların müəyyənləşdirilməsi, mövcud əlaqələrin inkişafına dair birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Ta(r)dino 6 İncəsənət Platformasının təsisçisi Əsli Səmədova 2021-ci ildə reallaşdırılması nəzərdə tutulan “Mədəniyyətə təkan” (Cultural Accelerator) layihəsi barədə məlumat verib.  Bildirib ki, Trans Europe Halles (TEH), Lund, İsveç, Azərbaycan və Ta(r)dino 6 İncəsənət  Platforması tərəfindən irəli sürülən layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sahəsini dəstəkləmək, incəsənət mütəxəssislərinin bir-birilə əməkdaşlıq etmələrinə və dialoq qurmalarına kömək etməkdir. Problemlər üzərində birlikdə işləyən, yeni biliklər yaradan və öz təcrübələrini başqaları ilə bölüşən insanları birləşdirən layihə iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir, onlara öz ideyalarını və layihələrini necə uğurlu təqdim edə biləcəkləri barədə praktiki alətlər təqdim edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin