Alimlər yenə “QARA GEYİNDİ”-2 həftəyə 3 milyon can alacaq Yeni Nipah virusu YOLDADIR

ABŞ Kentukki Universitetinin Molekulyar biokimya kafedrasının rəhbəri alim Rebekka Datç bəyan edib ki, Nipah virusu ağır gedişatlı və 75% ölümcül olan infeksiyadır.

KAİM.az KONKRET.az-a istinadən xəbər verir ki, virus beyində iltihabi proses yarada bilər.

Alim əmindir ki, məhz Nibahın növbəti pandemiyanın səbəbi olacağı dəqiqdir.

Ekspertin müşahidələrinə görə, virus mutasiyaya uğrayır və insanlar üçün daha kütləvi yoluxucu olacaq.

Belə olan halda insanlığı koronavirusdan daha dəhşətli bir pandemiya gözləyə bilər. Çünki koronavirusda ölüm faizi 1-3%-dirsə, Nibahda 45-75 faizdir.

Heyvan xəstəlikləri üzrə ekspert Con Vidal bildirib ki, insanlar dünyada nəqliyyat və təyyarə ilə bir yerdən digərinə asanlıqla gedib gəldiyi üçün istənilən güclü virusun pandemiya şəkli alması asanlaşıb.

Nibah virusu yayılarsa, 3 həftə ərzində 2 milyon insan ölə bilər – deyə alim deyib.

Rusiyalı məşhur həkim Aleksandr Myasnikov da dünyada sürətli və ölüm faizi 30% olacaq yeni virusun yayılacağını demişdi.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin