Abşeronda REYD VAR! Yol polisi qayda pozan sürücülərə XƏBƏRDARLIQ ETDİ-VİDEO

0
3

Abşeron Yol Polisi reydlərini mütəmadi olaraq davam etdirir.

KAİM.az reportyor.tv-e istinadən xəbər verir ki, Abşeron rayon Polis idarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşları qanunsuz taksi fəaliyyəti ilə məşğul olan, eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobillərə əlavə konstruksiyalar quraşdıran, sürücülük hüququ olmadan sükan arxasında əyləşən, ən əsası pandemiya qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı reyd keçirib.

Reyd, əsasən, nəqliyyatın sıxlıq təşkil etdiyi küçə və prospektlərdə təşkil olunub. Sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Qaydalara düzgün riayət edilməsinin vacibliyi vurğulanıb. Lisenziyasız taksi fəaliyyəti ilə məşğul olan sürücülər barəsində də ciddi tədbirlər görülüb. Həmin şəxslərə protokollar tərtib olunub.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin