ABŞ-ın daha bir ştatında Xocalı soyqırımı barədə bəyanat QƏBUL EDİLDİ-FOTO

0
4

KAİM.az-a Diasporla  İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M. Snayder 2021-ci il fevralın 26-nın  Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb.

Belə bir bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.

Bəyanatda Xocalı soyqırımının 29-cu ili haqqında  yazılıb, qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq  əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib. Diqqətə  çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir.

ABŞın Men ştatında belə bir bəyanatın qəbul edilməsi Amerika azərbaycanlılarının Xocalı soyqırımının ildönümü ərəfəsində  ən böyük uğuru kimi qiymətləndirilə bilər.

 

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin