Türkiyə ordusunun üç hərbçisi şəhid oldu

Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda baş vermiş partlayış nəticəsində üç hərbçi şəhid olub, biri yaralanıb.

Haqlı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, terrorçular tərəfindən hərbi maşının hərəkət etdiyi marşrutda kustar üsulla düzəldilmiş partlayıcı qurğu işə düşüb. Nəticədə üç hərbçi şəhid olub, yaralı hərbçi Akçakale Dövlət Xəstəxanasına çatdırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin