Almaniyanın Münxen şəhərində minalanmış ərazilərin xəritəsi TƏLƏB EDİLİB – AKSİYA

15

Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən Münhen şəhərində yerləşən Milli Televiziya (Bayerischer Rundfunk) və Bavariya Parlamentinin qarşısında sakit aksiya təşkil olunub.

KAİM.az xəbər verir ki, aksiyada məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir. Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin