Şeyxülislam Ramazan ayı ilə bağlı veriləcək fətvadan DANIŞDI

19

“Biz Ramazan ayı ilə bağlı hələ fətva verməmişik. Fətva verəndə yeni bir şey etmirik. Bu ayı təzədən yaratmırıq. Bu ayı Allah-Təala yaradıb. Ay bəzən bir gün sonra görünür”.

KAİM.az-ın APA-ya istinadən məlumatına görə, bunu Allahşükür Paşazadə deyib.

O bildirib ki, Rəsədxananın vasitəsilə ayın görünməsi ictimaiyyətə çatdırılacaq:

“Bu, mollalıq deyil, elmi məsələdir. Amma ola bilər ki, ay bizim üfüqdə bir az gec və ya tez görünsün. Bu, mümkündür və ayın digər yerdə görünməsi ya da bizdə görünməməsi bizdən asılı deyil. Bu məsələdə ancaq elmsiz adamlar irad tuta bilər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin