Heydər Əliyev Sarayı və Böyük Teatr arasında əməkdaşlıq MÜZAKİRƏ OLUNDU-ƏTRAFLI

26

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Dövlət Akademik Böyük Teatrın baş direktoru Vladimir Urin arasında videokonfrans formatında görüş keçirildi.

KAİM.az xəbər verir ki, Ramil Qasımov qonağı salamlayaraq Azərbaycan və Rusiya mədəni əlaqələrinin əhəmiyyətindən danışdı. İki ölkə arasında mövcud qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də artan xətt üzrə inkişaf etdiyini və daha da möhkəmləndiyini vurğuladı. Eyni zamanda gələcəkdə Heydər Əliyev Sarayı və Böyük Teatrın qarşılıqlı əməkdaşlıq etməsinin mühüm olduğunu bildirdi. Qonağa vaxtilə Sarayda dünyaca məşhur “Məhəbbət əfsanəsi”, “Min bir gecə” baletlərinin, “İntizar”, “Toska” operalarının səhnələşdirildiyini xatırladaraq, 2022-2023-cü illərdə Böyük Teatrın truppasının Azərbaycana qastrol səfəri etməsini məqsədəuyğun hesab etdiyini bildirdi.

Dövlət Akademik Böyük Teatrının baş direktoru Vladimir Urin öz növbəsində tanışlığa görə məmnunluğunu bildirdi. Qeyd olunan məsələyə ciddi baxılacağını və qısa zamanda hansı tamaşaların burada nümayiş etdirilməsini təklif edəcəyini bildirdi.

Ramil Qasımov həmçinin ideya müəllifi olduğu Azərbaycan Vokalçılar Festivalına toxunaraq bildirdi ki, bu festival Azərbaycanda ilk dəfə ötən il pandemiyadan öncə keçirilib. Cari ildə 12 – 24 dekabr tarixlərində II Beynəlxalq Voklçılar Festivalının keçirilməsinin nəzərdə tutulduğunu və Böyük Teatrın səhnəsində çalışan vokalçıları bu festivalda işirak etmək üçün dəvət etdi.

Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, Böyük Teatr Rusiya dövlətinin və mədəniyyətinin əsas simvollarından biridir. Böyük teatr ölkənin musiqi sənətinin inkişafına töhfə verən, rus ənənələrinin daşıyıcısı olan əsas milli teatrdı və həmçinin dünya musiqi mədəniyyətinin mərkəzidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin